9cdf5736-4bec-4e0b-9b74-79435add891d..jpg

HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib – VİDEO

Baxış sayı: 377 dəfə baxılıb.

HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə (HHM)
bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb,
təlimin məqsədi və atışın şərtləri izah olunub.

Təlimdə heyətlər tərəfindən “İqla-S” daşına bilən zenit-raket qurğusunun
döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava
hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə
yetirilib.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi
peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir.


Source link