b705e20d-ee2b-4638-bfda-2a324afa5302..jpg

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib – FOTO/VİDEO

Baxış sayı: 807 dəfə baxılıb.

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən, Hərbi Hava
Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları
Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin “Mi-17-1V”
helikopter cütlüyünün “2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi”
keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və
qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah
olunub.

Təlimdə “Mi-17-1V” helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan
daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və
qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.


Source link