4aa98c05-579f-452f-9695-f5718a7d2efb..jpg

Hicran Şərifov: “Elisi milliləşdirmək üçün bacım oğlu ilə nikaha aparırdım” – VİDEO

Baxış sayı: 533 dəfə baxılıb.

Hicran Şərifov: “Elisi milliləşdirmək üçün bacım oğlu ilə nikaha aparırdım” –
VİDEO

Beynəlxalq dərəcəli hakim Hicran Şərifov əslən Bolqarıstandan olan qadın
güləşçi Elis Manolavanı necə milliləşdirilməsindən danışıb.

O, bu barədə “CBC Sport”da yayımlanan “Əlavə vaxt” verilişində məlumat verib.

H.Şərifov qeyd edib ki, o, Elis Manolava ilə Rumıniyada tanış olub:

“Rumıniyada Elisin ailəsi ilə tanış oldum və onu Azərbaycana gətirdim.
Sənədlərini də asan yolla düzəldirdim. Onu bacım oğlu ilə nikaha aparırdım. O,
bura ərə gəlir, vəssalam, rahat yolla Azərbaycandan güləşəcəkdi. Bizim gəlnimiz
olacaqdı. Mən onun şəxsi məşqçisi olmalıydım, mənim əlimdən alıb öz adlarına
yazdılar”.

Qeyd edək ki, Elis Manolova 2019-cu ildə Azərbaycan bayrağı altında Avropa
çempionu olub. Bundan başqa o, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının
qızıl medalına sahib olub.


Source link