Hidayət Heydərov: Qızlarımız yaxşı olsa, finala da çıxardıq

Baxış sayı: 3. 449 dəfə baxılıb.

Hidayət Heydərov: Qızlarımız yaxşı olsa, finala da çıxardıq

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komandamız V yeri tutub.

ÇıxışYolu.Com xəbər verir ki, fərdi yarışlarda bürünc medal qazanmış idmançımız Hidayət Heydərov komanda yarışlarında bürünc medalı əldən vermələrindən danışıb: 

“Çox istərdik ki, komanda yarışlarında qalib gələk. Alınmadı. Prezidentlə görüşümüz oldu. Bu, bizim üçün əlavə motivasiya olacaq. Gələcək yarışlarda daha uğurlu olacağıq”.

Heydərov komanda yarışlarında qızlara görə uduzduqlarını bildirib: 

“Əvvəl komanda yarışlarına beş oğlanla çıxırdıq. Nəticə də yaxşı olurdu. Qızlarımız bir az yaxşı olsa, nəinki medal qazanar, finala da gedərdik. Əvvəl qızlarımız lap zəif idi. İndi yeni baş məşqçiləri Natiq müəllim onları bir qədər düzəldib. İnşallah, gələn yarışlarda daha yaxşı çıxış edərlər”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com