61101b4d-e7e4-4927-8bd4-220d83df2481..jpg

Hikmət Babaoğlu: “Azərbaycana qarşı savaş İranın özünün özünə qarşı savaşına çevrilə bilər”

Baxış sayı: 934 dəfə baxılıb.

Hikmət Babaoğlu: “Azərbaycana qarşı savaş İranın özünün özünə qarşı savaşına
çevrilə bilər”

“İranın ardıcıl olaraq Cənubi Qafqazda təhlükəsizlik adı ilə Azərbaycana qarşı
aqressiv mövqe nümayiş etdirməsi uzunmüddətli perspektivdə özünün strateji
maraqlarına qarşı yönələ bilər”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Deputatın sözlərinə görə, hər kəsə, o cümlədən İran ordusunun az qala yarısını
təşkil edən hərbçi soydaşlarımıza da aydındır ki, fars-molla rejimi qonşu
ölkələrdə sərhəd dəyişikliyinə yol verməyəcəyini bəyan edəndə bu təhdidin
hədəfi məhz Azərbaycandır:

“İranın bu mövqeyi isə Ermənistanı müdafiə etməkdir. Halbuki Azərbaycan
dəfələrlə bəyan edib ki, Ermənistanla ərazi bütövlüyü və suverenliyin
qarşılıqlı şəkildə tanımaqla sülh müqaviləsi bağlamağa hazırdır. Bunu qəbul
etməyən də Ermənistandadır. Belə olan halda İran Ordusunun Təbrizdə yerləşən
hava hücumundan müdafiə sistemlərinin hədəfi Ermənistan olmalıdır. Nəyə görəsə
SEPAH-a yaxının olan mərkəzlər bunun tam əksinə olaraq, Azərbaycanı hədəf
göstərir. Bu isə o deməkdir ki, İran regionda sülhün, beynəlxalq hüququn deyil,
Ermənistanla birlikdə yeni müharibənin tərəfdarıdır. Ancaq İran bir mühüm
strateji faktoru yaddan çıxarmamalıdır ki, İran ordusu haqsız və işğalçı olan,
müsəlman dindaşlarına qarşı soyqırımı törədən, İslam mədəniyyətini və dini
mirasını dağıdan Ermənistana qarşı vuruşmağa daha çox hazırdır, nəinki öz
dindaşı və soydaşı olan Azərbaycana qarşı. Ona görə də İran əgər ermənilər üçün
Azərbaycana qarşı savaşmaq niyyətinə düşsə, bu mühüm amili nəzərdən
qaçırmamalıdır”.

Hikmət Babaoğlu qeyd edib ki, bu savaş İranın özünün özünə qarşı savaşına
çevrilə bilər:

“Bir təbrizlli, meşkinli, urmiyalı, ərdəbilli, miynalı, sulduzlu heç vaxt
Azərbaycana qarşı silah qaldırmaz. Onlar da illərdir ki, soydaşlarına,
məzhəbdaşlarına qarşı görünməmiş cinayətlər törətmiş erməni-fars şovinizminə
layiqli cavab vermək üçün fürsət gözləyirlər. Ona görə də cəsarəti varsa, qoy,
fars-molla rejimi Azərbaycana qarşı konkret bir addım atsın. O zaman təsəvvür
belə edə bilməyəcəyi nəticələrlə üzləşməli olacaq”.

Source link