e6eafaf1-2861-4a11-bf9d-97fab30fb8f3..jpg

Hikmət Hacıyev: “Azərbaycan öz suverenliyinə aid olan məsələləri Hayastan Respublikası ilə müzakirə etməyəcək”

Baxış sayı: 842 dəfə baxılıb.

Hikmət Hacıyev: “Azərbaycan öz suverenliyinə aid olan məsələləri Hayastan
Respublikası ilə müzakirə etməyəcək”

“Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına
çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.

“Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi
sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan
məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə
etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir.
Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil
ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa
istinad yer almır. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və
təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq.
Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim
kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur”, – deyə
Hikmət Hacıyev qeyd edib.

Source link