6d009d1c-d371-4d7a-8031-9adef0bd2650..jpg

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir” – VİDEO

Baxış sayı: 532 dəfə baxılıb.

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad
etmək niyyətindədir” – VİDEO

“Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və
marionet rejimdən azad etməkdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə” telekanalına
müsahibəsində deyib.

“Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də
Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv
edilməsidir ki, bu da Qarabağ ermənilərinin sülh yolu ilə Azərbaycanın ictimai
həyatına reinteqrasiyasına daha çox imkan verəcək”, – deyə H.Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın
10-da imzalanmış Üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı qüvvələri
ölkənin suveren ərazilərində qalmaqda davam edir.

O, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə
milyonlarla mina basdırıb və dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində son olaraq mülki şəxslər və polis əməkdaşları da
daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar, Azərbaycan Qarabağ
bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal
antiterror tədbirlərinə başlayıb.

H.Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi
istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər
quraşdırırlar.


Source link