5f8fcc2d-d01b-4dc1-82f0-4225737b9cdc..jpg

Hikmət Hacıyev: “Azərbaycan vahid Çin siyasətini dəstəkləyir”

Baxış sayı: 721 dəfə baxılıb.

Hikmət Hacıyev: “Azərbaycan vahid Çin siyasətini dəstəkləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid
Çin siyasətini dəstəklədiyini açıqlayıb.

Cixisyolu.com xəbər verir ki, o bunu Çinin “Global Times” qəzetinə müsahibəsində
deyib.

“Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin
siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan bölgəsində qeyri-qanuni
seçki olub və Azərbaycan bunu tamamilə qəbuledilməz kimi qiymətləndirib”, –
Prezidentin köməkçisi bildirib.

H.Hacıyev Çin ilə əməkdaşlıq perspektivlərindən söz açaraq Azərbaycanda daha
çox Çin şirkəti görmək istədiyini söyləyib:

“İndi biz iki ölkə arasında ticarət əlaqələrində sabit artım görürük, lakin
bu, son nəticə deyil. Bunun üçün daha çox perspektivlər var. Birincisi, mən
Azərbaycanda daha çox Çin şirkətləri görmək istərdim. Çin şirkətləri artıq
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin
Azərbaycan yaşıl inkişafa doğru irəlilədikcə biz daha çox şey gözləyirik”.

H.Hacıyev diqqətə çatdırıb ki, dayanıqlı inkişaf məqsədlərinə əsaslanan milli
prioritetlərdə rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli məsələdir:

“Yaşıl keçid gündəliyimizdə Çini tərəfdaş kimi görürük. Biz, həmçinin, çinli
dostlarımızdan Azərbaycanda bərpa olunan enerji üçün istehsal xətləri yaratmağı
istəyirik. Çindəki elektrikli avtomobil sənayesi dünyanın aparıcı
sənayelərindən biridir. Hazırda Çindən elektriklə işləyən avtobuslar və digər
avadanlıqlar alırıq. Biz Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində
Azərbaycanda istehsalat bazası yaratmaq istəyərdik”.

Prezident köməkçisi Çin-Azərbaycan tərəfdaşlığının “Bir kəmər – bir yol”
Təşəbbüsü (BRI) çərçivəsində, xüsusən də Orta Dəhliz kontekstində mühüm
əhəmiyyət kəsb etdiyini də bildirib:

“Orta Dəhliz Çin və Avropa İttifaqı arasında mühüm əlaqə ola bilər. Azərbaycan
Qara dəniz və Xəzər sahillərində yerləşən ölkələrlə birlikdə əlaqələr sahəsində
güclü tərəfdaş ola bilər. Bu, “Bir kəmər – bir yol” təşəbbüsü ilə yaxşı
uyğunlaşır və Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığı vurğulayır”.

Source link