38ab9372-49f2-4cae-a5a2-897132ea86d6.webp

Hikmət Hacıyev Azərbaycanda yeni fəaliyyətə başlayan telekanalla bağlı paylaşım etdi

Baxış sayı: 99 dəfə baxılıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ANEWZ beynəlxalq televiziya
kanalınıfəaliyyətə başlaması
münasibəti ilə təbrik
edib.

Cixisyolu.com-ın verdiyi məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi bu barədə
özünün “X” hesabında yazıb.

O, kanala qlobal məsələlərə regional fokusla alternativ perspektivlər, xəbər
və məlumat mənbəyi təmin etmək səylərində uğurlar arzulayıb.

“Kanal öz peşəkar komandası və rəqəmsal platformaları ilə bir çox rəqabət
üstünlüklərinə malikdir”, – deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.

I wish @Anewz_tv team all
the success in their endeavors to provide alternative perspectives, source of
news and information on global affairs with regional focus. The channel with
its professional team and digital platforms has a lot of competitive
advantageous.
Live Tv via…
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 4, 2024

Source link