d3e3e64f-2551-422a-8725-09f5e44b1dfc..jpg

Hikmət Hacıyev: “Bakı Brüsseldə Aİ, Azərbaycan və Ermənistan formatında üçtərəfli görüşlərə hazırdır” – FOTO

Baxış sayı: 732 dəfə baxılıb.

Hikmət Hacıyev: “Bakı Brüsseldə Aİ, Azərbaycan və Ermənistan formatında
üçtərəfli görüşlərə hazırdır” – FOTO

“Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə
aparılan Aİ, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel
prosesini və regional sülh gündəliyini dəstəkləyir. Bu mənada sülh müqaviləsi
daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında bəyan
edib.

O bildirib ki, Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi
Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi
Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına
baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan,
Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan
verilməməsinə görə Azərbaycan Qranadada iştirak etməməyə qərar verib:

“Biz, həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə
iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun
Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi
təqdim edilməsi düzgün deyil. Bakı Brüsseldə Aİ, Azərbaycan və Ermənistan
formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır. Azərbaycan tərəfi,
eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli
dialoqu və danışıqları dəstəkləyir”.

Azərbaycan Prezidentinin köməkçisi sonda İspaniyadan olan həmkarlarını Avropa
siyasi icmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik
edib və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür
edib.

Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə
aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli
Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh
müqaviləsi daxil olmaqla, bir çox sülh…
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 5, 2023

Source link