cfbf349f-7040-49b2-ae9c-5be293228cad..jpg

Hikmət Hacıyev BBC-də Azərbaycan-Ermənistan normallaşmasından danışıb – VİDEO

Baxış sayı: 577 dəfə baxılıb.

Hikmət Hacıyev BBC-də Azərbaycan-Ermənistan normallaşmasından danışıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
BBC-nin canlı efirinə qatılıb.

O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması
istiqamətində əldə olunan irəliləyişlərdən danışıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə
bağlı bütün müvafiq müraciətlərinə baxmağa hazırdır.

“Bütün işğal dövrü ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə
həyata keçirib. Bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün
vəziyyətindədir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə
qaytarılması prosesi gedir, və onlar 30 ildən artıq bu hüquqdan məhrum
ediliblər. Bu arada, biz onları qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk
etmək qərarına gələn ermənilər də oldu. Azərbaycan onların geri qayıtması üçün
bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz
vətəndaşlıq almaqla bağlı ərizələrin verilməsi üçün xüsusi elektron portal
yaratmışıq. Birincisi, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik
bazası olmalıdır. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına
və qaydalarına uyğun olaraq vətəndaşlığa qəbul edilməsidir. Bu səbəbdən biz
aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi
müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq”, – deyə o vurğulayıb.

H.Hacıyev xatırladıb ki, hazırda Azərbaycan və Ermənistan arasında diplomatik
səviyyədə danışıqlar aparılır:

“Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. Bu səbəbdən
Azərbaycan da beş fundamental prinsip və sülh müqaviləsinin mətnini təklif
edib. Hazırda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar çərçivəsində
diplomatik öhdəliklər var. Hesab edirəm ki, Azərbaycan və Ermənistan müsbət
gündəmlə dünyanı təəccübləndirməyi bacarıb. Dekabrın 7-də iki ölkə birgə
bəyanat yayaraq, sülh gündəmini irəli sürmək və etimad quruculuğu tədbirlərini
həyata keçirmək niyyətlərini ifadə edib”, – o qeyd edib.

Source link