882fcc73-c4a4-4e35-8868-2e5392689101..jpg

Hikmət Hacıyev: “Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır”

Baxış sayı: 644 dəfə baxılıb.

Hikmət Hacıyev: “Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün
ayrı-seçkiliyə məruz qalır”

“Ayrı-seçkiliyə, tərəfkeşliyə yol verməyən humanitar reaksiya və yardım
insanlığın əsas prinsipi olmalıdır”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə
hesabında yazıb.

“Beynəlxalq donor ictimaiyyətinin Azərbaycanın Qarabağ bölgəsindən olan, özü
də könüllü olaraq Ermənistana getmək qərarına gələn və Ermənistan
Respublikasının pasportuna malik olan mülki erməni vətəndaşlarına kömək etməsi
müsbət göstəricidir. Bununla belə, Ermənistanın 30 illik işğalı nəticəsində
qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı qaçqın və
məcburi köçkün donor ictimiyyətinin tam laqeydliyi, ayrı-seçkiliyi və seçici
rəftarına məruz qalır. Etnik mənsubiyyətindən, irqindən və dinindən asılı
olmayaraq, humanitar yardımda bərabər və ayrı-seçkiliyə yol verilməyən rəftar
olduqca vacibdir.

30 ilə yaxındır ki, milyonlarla məcburi köçkün və qaçqının bütün ehtiyaclarını
yalnız Azərbaycan hökuməti dəstəkləyir və təmin edir.

Bu sahədə biz həm də seçici münasibət və ikili standartlarla üzləşirik.
Ermənistan tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin yerlə-yeksan
edilmiş və kütləvi şəkildə minalanmış evlərinə ləyaqətlə və təhlükəsiz
qayıtmasının təmin edilməsi hələ də həll edilməli olan böyük problem olaraq
qalır”, – o qeyd edib.

Non-discriminatory and non-selective humanitarian response and assistance
should be the underpinning principle of humanity. It is a positive indication
that the international donor community is helping armenian civilians from the
Karabakh region of Azerbaijan, who, by the way,…
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 30, 2023

Source link