“BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq
nizamın inkişafına töhfə verir”.
Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev “Sinxua” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin
demokratikləşməsinə xidmət edir.
“Hesab edirik ki, BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik
və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq,
dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi
gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını
alır. Eyni zamanda qlobal idarəçiliyin təkmilləşdirilməsinə və beynəlxalq
nizamın daha ədalətli istiqamətdə inkişafına töhfə verir”, – H.Hacıyev qeyd
edib.