9fa20599-a3fa-4098-8c1c-01e58abd908f..jpg

Hikmət Hacıyev: “Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirir” – FOTO

Baxış sayı: 872 dəfə baxılıb.

Hikmət Hacıyev: “Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan
artıqdır ki gecikdirir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki
gecikdirir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“X” sosial şəbəkəsindəki hesabında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, 2023-cü il sentyabrın 11-də Azərbaycan
tərəfi Ermənistanın cavabının yaxın vaxtlarda təqdim olunacağı ümidi ilə
ikitərəfli kanallar vasitəsilə sülh sazişinin 5-ci düzəliş edilmiş variantını
müvafiq izahatlarla birlikdə qarşı tərəfə təqdim edib:

“Bu ilin sonunadək sülh müqaviləsi imzalamağa hazır olduqları barədə
ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz
variantının təqdim olunmasını iki aydan artıq gecikdirir. Azərbaycan tərəfi
dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir. Xüsusilə Azərbaycanın
suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir
maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar
doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif
etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq intensiv ikitərəfli
danışıqlar yolu ilə sülh sazişinin mətni daha əvvəl hazırlana bilər. Top
Ermənistanın meydanındadır!”, – H.Haciyev qeyd edib.

On September 11, 2023 Azerbaijan delivered the 5th revised version of peace
agreement with relevant explanatory notes to the Armenian side through
bilateral channels in anticipation that the response of Armenia will be
submitted soon. Despite the public statements about its…
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 14, 2023

Source link