87b12826-465f-4c9f-ba1e-73f2c1c31084..jpg

Hikmət Hacıyev Konqo Prezidentinin müşaviri ilə görüşüb – FOTO

Baxış sayı: 935 dəfə baxılıb.

Hikmət Hacıyev Konqo Prezidentinin müşaviri ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Konqo Prezidentinin
beynəlxalq strategiya üzrə müşaviri Fransuaza Joli ilə görüşüb.

H.Hacıyev baş tutan görüş barədə özünün “X” hesabında paylaşım edib.

“Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna
və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha
da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz
arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli
münasibətlərin inkişafını müzakirə etdik. COP29 Konqo ilə qarşılıqlı
fəaliyyətimiz üçün daha bir fürsətdir”, – deyə H.Hacıyev qeyd edib.

Pleased to meet with the Presidential Adviser for International Strategy of
the Republic of Congo Francoise Joly and discuss development of bilateral
relations between our countries in the political, energy, economic,
humanitarian and other fields as Azerbaijan has traditionally…
pic.twitter.com/rQFrmT8EqY
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 5, 2024

Source link