Hikmət Hacıyev: Rusiya XİN-ə ciddi etiraz bildiriləcək

Hikmət Hacıyev: Rusiya XİN-ə ciddi etiraz bildiriləcək

Baxış sayı: 2. 854 dəfə baxılıb.

Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu, heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil. Əksinə, regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Sputnik-Abxazia” saytının məlumatına görə, Abxaziya prezidenti kimi özünü təqdim edən Raul Xadjimba ilə görüşdə Rusiya XİN-nin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovski, qondarma “DQR”, Dnestryanı və Cənubi Osetiya respublikalarının nümayəndələri iştirak ediblər. 

Qondarma rejimin nümayəndəsinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturmasını necə qiymətləndirmək olar?” sualına cavabında deyib.

O bildirib ki, Azərbaycanın etirazı və ciddi narahatlığı Rusiya XİN-nə diplomatik kanallarla çatdırılacaq.

www.ÇıxışYolu.Com