a47eacd3-26b9-4e1c-9b75-80d19b1e122a..jpg

Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

Baxış sayı: 708 dəfə baxılıb.

Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə Hikmət Hacıyev Aktotı Raimkulovanı
Türk dövlətlərinin başçıları tərəfindən Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti təyin olunması münasibətilə təbrik edib. O, müasir dövrdə Türk
xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsinin önəmindən
bəhs edərək, Türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında Təşkilatın
rolunu vurğulayıb.

Söhbət zamanı Aktotı Raimkulova Qarabağın işğaldan azad olunmasını Azərbaycan
və bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətə malik hadisə kimi
qiymətləndirib. Təşkilatın rəhbəri bu il Türk dünyasında təntənəli şəkildə qeyd
olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu ulu öndər Heydər Əliyevin 100 illiyinə diqqət çəkib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasında və
qurulduğu ilk illərdən təşkilatın fəaliyyətinə dəstəyin verilməsində Prezident
İlham Əliyevin müstəsna rolunu vurğulayıb. O, Fondun Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinə töhfə verilməsinə, eləcə
də ölkənin təklifləri əsasında təşkilatın bundan sonrakı fəaliyyətlərində yeni
strateji istiqamətlərin həyata keçirilməsinə hazır olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə
davam edib.

Source link