Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Washington Post” qəzetinin
hazırkı durumunu SSRİ-nin süqutuna yaxın “Komsomolskaya Pravda”nın vəziyyəti
ilə eyniləşdirib.
Azərbaycan Prezidentinin köməkçisi bu barədə özünün “X” hesabında yazıb.
Hikmət Hacıyev bildirib ki, xüsusən Bakıda keçiriləcək COP29 konfransı
ərəfəsində “Washington Post” qəzeti və Konqresin bəzi üzvləri Azərbaycana qarşı
çirkin təbliğat kampaniyası aparırlar.
Azərbaycan rəsmisi Ceff Bezosun məqaləsini atılan iftiralara yaxşı cavab
olduğunu qeyd edib.
Hikmət Hacıyev vurğulayıb ki, özünün cəsarətli və haqlı tənqidində C.Bezos
“Washington Post” və digər media orqanlarının timsalında etibar səviyyəsinin nə
qədər düşdüyünü ifşa edib.
Azərbaycan rəsmisi, ümumiyyətlə, qurban obrazının yaradılmasının artıq fayda
vermədiyini də vurğulayıb:
“Ceff Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda
etimad isə əslində daha da aşağıdır. Dünya ağ ilə qaranı fərqləndirmək
iqtidarındadır. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır”.
Fikrinin sonunda H.Hacıyev qeyd edib ki, “Washington Post”un üslubu və iş
metodologiyası SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda”nı xatırladır.
I would like to draw the attention of Washington Post and certain Congress
officials, which are running a vile propaganda campaign against Azerbaijan
always, especially in the run up of COP29, to this article by Jeff Bezos. In
his courageous and rightful critique, Bezos…pic.twitter.com/6ctJzwtkfR
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 30, 2024