359327a1-9220-47e1-8753-74d291a4df02.webp

Hikmət Hacıyevdən Bərdə terrorunun ildönümü ilə bağlı paylaşım

Baxış sayı: 159 dəfə baxılıb.

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf
kəndlərinin kassetli sursatlarla dolu “Smerç” raketləri ilə bombalanmasından 4
il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, daha 100 nəfər
ağır yaralanıb”.

Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
sosial şəbəkədəki paylaşımında yazıb.

“Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi kimi Ermənistan Respublikası
Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri
törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi
məsuliyyəti daşıyır”, – Prezidentin köməkçisi qeyd edib.

4 years passed since bombing of Barda city and surrounding villages of
Azerbaijan by Armenian armed forces with Smerch missiles loaded with cluster
ammunitions. As a result of which around 30 innocent civilians killed, 100 more
seriously wounded. As a party to ICC, Republic of…pic.twitter.com/tdQJ6xEIpJ

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 27, 2024

Source link