Hikmət Hacıyevdən NATO-nun eks-baş katibi ilə bağlı paylaşım: “Hesabatına
ödənişi əlavə etməyi unudub” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi
Andres Rasmussenlə bağlı paylaşım edib.
Cixisyolu.com xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə qeyd edib:
“NATO-nun keçmiş baş katibi Andres Rasmussenin və onun ətrafının Ermənistan
hökuməti və erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma
hesabat və ya “damğa” materialı mənə 04 sentyabr 2023-cü il tarixli Ermənistan
Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən
dərc etməyimi xatırlatdı. Anders Rasmussen hesabatına ödənişi əlavə etməyi
unudub. Pullar danışır!”.
From the money talks series! Apparently, in the eve of the “anniversary” of
the most terrible, bloody and criminal separatist entity in Europe so-called
“Nagorno-Karabakh Rep”, a new dramatic misinformation and manipulation campaign
was launched by the order of the Armenian…pic.twitter.com/UnFQTBFNsB
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 3, 2023