8d83731d-0d94-4409-a156-3adce39aaaa3..jpg

Himalay Məmişov: “Ötən il 32 min şəxsə elektron qaydada pensiya təyin olunub” – FOTO

Baxış sayı: 694 dəfə baxılıb.

Himalay Məmişov: “Ötən il 32 min şəxsə elektron qaydada pensiya təyin olunub”
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü ildə yeni sosial islahat çərçivəsində növbəti pensiya artımları təmin
edilib. Belə ki, minimum aylıq əmək pensiyasının məbləği ötən il fevralın 1-dən
280 manata çatdırılıb”.

Cixisyolu.com-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin
yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, eyni zamanda, pensiyalar 2023-cü ilin əvvəlindən 14,7
faiz indeksləşdirilərək artırılıb:

“2022-ci ildə əlavə dəstək olaraq bütün pensiyaçılara ödənilən maddi yardımlar
2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib, bundan
sonra yaranan pensiya məbləğlərinin indeksləşdirilərək artırılması təmin
edilib”.

Sədr bildirib ki, 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid
indeksasiya metoduna keçilib ki, bu da hər il indeksləşdirmə əsasında pensiya
artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib:

“Beləliklə, pensiya ödənişləri ötən il 781 milyon manat və ya 16 faiz artaraq
5 milyard 726 milyon manat təşkil edib. Ötən il pensiyaların orta aylıq məbləği
17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz
artaraq 467 manata çatıb.

Hesabat dövründə 32 min şəxsə elektron qaydada pensiya təyin olunub. 2019-cu
ilin əvvəlindən başlayan elektronlaşma nəticəsində isə bu günə qədər ümumilikdə
102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub”.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Source link