Hindistan kino ulduzu vəfat etdi

Hindistan kino ulduzu vəfat etdi

Baxış sayı: 8. 118 dəfə baxılıb.

Hindistan kino ulduzu Şridevi 54 yaşında vəfat edib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Aktrisa Dubayda ürək tutmasından dünyasını dəyişib. Dubaya Şridevi əri Boni Kapur və kiçik qızı ilə birlikdə toya gəlmişdi.

Hindistan prezidenti Ram Nath Kovind aktrisanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Şridevi Hindistan kinosunun ən tanınmış aktrisalarından biridir. 

Karyerası ərzində o, 265 filmdə çəkilib. Onların arasında “Kədərli hekayə”, “Hədiyyə”, “Çandni”, “Dələduz”, “Sevginin bir anı” kimi lentlər var. 

www.ÇıxışYolu.Com