Hindistan orbitə ekipajı olan kosmik gəmi göndərəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ölkənin ilk ekipajlı kosmik
gəmisini 2025-ci ilin sonuna kimi orbitə çıxarmağı planlaşdırır.
Bu barədə ISRO-nun sədri Şridhara Paniker Somnath bildirib.
Onun sözlərinə görə, ölkənin 2035-ci ilə qədər öz orbital stansiyası olacaq.
Qeyd edək ki, 2018-ci ilin avqustunda Hindistanın baş naziri Narendra Modi
rəsmi olaraq ölkəsinin ilk ekipajlı milli kosmik gəmisinin 2022-ci ilin
avqustuna kimi orbitə göndəriləcəyini açıqlayıb. Layihənin adı “Qaqanyan”
(sanskritcə “səmavi gəmi” deməkdir – red.) olaraq müəyyən edilib.
Lakin 2020-ci ilin martında layihə üzərində işlərin çoxu dayandırılıb. Buna
səbəb koronavirus pandemiyası olub.
Mənbə: TASS