34135d21-4c7c-4720-9039-04ef38e8f7f6..jpg

Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini dəstəkləyir

Baxış sayı: 809 dəfə baxılıb.

Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini
dəstəkləyir

“Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini
dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin katibi
Şridharan Madhusudhanan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə
Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı
deyib.

Onun sözlərinə görə, pandemiya son illərdə dünyanın əsas çağırışına çevrilib:

“Bir çox Afrika ölkələrinin, o cümlədən Qoşulmama Hərəkatının üzvlərinin
əhalisinin 50%-nə peyvənd vurulmayıb”.

Hindistan XİN rəsmisi sülhün və dinc yanaşı yaşamanın təmin edilməsinin
vacibliyini qeyd edib: “Hindistan daha yaxşı gələcək naminə Qoşulmama
Hərəkatının üzvləri ilə işləməyə hazırdır”.

Source link