Hindistan Rusiya silahlarından imtina etdi

Hindistan Rusiya silahlarından imtina etdi

Baxış sayı: 2. 221 dəfə baxılıb.

Hindistan Rusiyanı silah almaq istədiyi ölkələrin siyahısından çıxarıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

Hazırda Hindistan hökuməti avtomat silahların tədarükü ilə bağlı ABŞ, İsrail, Almaniya və Cənubi Koreya kimi ölkələri nəzərdən keçirir.

İstehsalçı şirkətlərin siyahısında “Sig Sauer”, “Colt” kimi məşhur markalar da yer alır.

Hindistan bundan əvvəl Rusiyadan iri partiyalarda “Kalaşnikov” konserninin istehsal etdiyi avtomatları almağı planlaşdırsa da, sonradan rəsmi Dehli qərarını dəyişib.

.
www.ÇıxışYolu.Com