Hindistan təyyarəsi Moskvada ön şassisi açılmadan uğurlu eniş edib

Hindistan təyyarəsi Moskvada ön şassisi açılmadan uğurlu eniş edib

Baxış sayı: 3. 501 dəfə baxılıb.

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “İl-38” təyyarəsi Moskvaətrafı Jukovski aeroportuna qəza enişi edib.

ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “İlyuşin” korporasiyasının korporativ kommunikasiyalar departamenti məlumat yayıb.

“İl-38” təyyarəsi ön dayaq şassisi açılmadan uğurlu eniş edib. Yanğın və alov yoxdur”, – deyə məlumatda bildirilir.

Göyərtədə təcrübə keçən təyyarəçilərdən ibarət 7 heyət üzvü olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com