a06af851-098b-4221-86c4-fd510f81a3cf..jpg

Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq

Baxış sayı: 597 dəfə baxılıb.

Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan qarşıdakı on il ərzində İranla Çabahar limanının idarə edilməsinə
dair saziş imzalamaq və onu Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğu
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə əlaqələndirmək niyyətindədir.

Xəbəri yayan mənbə yazır ki, Hindistanın limanlar, gəmiçilik və su yolları
naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bazar ertəsi İrana səfər
edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə
götürür.

Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək.
Gələcəkdə Hindistanın Çabahar vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat
Dəhlizinə qoşulması planlaşdırılır.

Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və
Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını
birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.

Dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki-üç dəfə
azalmasıdır. Çabahar limanı İranın cənub-şərqində yerləşir. Hindistan və İran
2003-cü ildə limanın birgə inkişafı ilə bağlı razılığa gəliblər, lakin sonradan
İrana qarşı beynəlxalq sanksiyalara görə layihə təxirə salınıb.

2016-cı ildə Hindistanın baş naziri Narendra Modi Tehrana səfəri zamanı
Nyu-Delhinin liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə
qoymaq niyyətini açıqlamışdı.

2016-cı ilin mayında Hindistan limanda Şəhid Beheşti terminalının tikintisi
üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.

Mənbə: The Economic Times

Source link