Hindistanın Kota şəhərinin sakini Prabxa Devi süni mayalanma yolu ilə 75 yaşında ana olub.
“The Times of India” xəbər verir ki, qız uşağı dünyaya 7 aylıq gəlib.
Həkimlər Deviyə keysəriyyə əməliyyatı ediblər. Anadan olan uşağın çəkisi cəmi 600 qramdır və buna görə onu reanimasiya şöbəsinə yerləşdiriblər.
Qeyd olunur ki, dünyanın ən yaşlı anası və qızı həkimlərin nəzarəti altındadır.