Hindistanın Telinqana ştatında içərisində 50 sərnişinin olduğu avtobus dərəyə yuvarlanıb.
ÇıxışYolu.Com “İndian ekspress” nəşrinə istinadla xəbər verir ki, qəza zamanı 43 nəfər ölüb.
İlkin ehtimallara görə, hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilib.
Faktla bağlı araşdırma aparılır.