be911f6d-fff5-4bcf-8728-b2a823e4b217..jpg

Hindistanda baş verən yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb

Baxış sayı: 593 dəfə baxılıb.

Hindistanda baş verən yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb

Hindistanın Racastan ştatında yük maşınının sərnişin avtobusu ilə toqquşması
nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, hadisə Bharatpur şəhərində magistral yolda baş verib.
Qucaratdan Uttar-Pradeşə gedən avtobus nasazlıq səbəbindən yerüstü keçiddə
dayanıb. Yük maşını yüksək sürətlə avtobusa çırpıldığı anda bəzi sərnişinlər
yolun kənarına çıxaraq avtobusun yanında olublar.

Baş nazir Narendra Modi ölənlərin hər birinin yaxınlarına 2,4 min dollar,
zərərçəkənlərə isə 600 dollar məbləğində təzminat ödəniləcəyini açıqlayıb.

Mənbə: TASS

Source link