Leysan və güclü küləklə müşayiət olunan fırtına nəticəsində Hindistanda 33 insan həlak olub.
ÇıxışYolu.Com bununla bağlı India “Today” nəşrinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, təbii fəlakət Uttar-Pradeşdə 9, Carkxandda 12 və Bixar ştatında 12 nəfərin həyatına son qoyub.
“India” TV telekanalının məlumatına görə, qeyri-sabit hava şəraiti zamanı 28 nəfər xəsarət alıb.