44549a5e-f809-4f71-9d06-706b398259d6..jpg

Hindistanda HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb – VİDEO

Baxış sayı: 457 dəfə baxılıb.

Hindistanda HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Telanqana əyalətinin Medak
rayonunda qəzaya uğrayıb.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin “X” sosial şəbəkə hesabında
məlumat yayılıb.

Bildirilir ki, faciə təlim zamanı baş verib, “Pilatus PC-7 Mk II” təyyarəsində
olan hər iki zabit həlak olub.

“Dərin təəssüf hissi ilə Hərbi Hava Qüvvələri təyyarənin göyərtəsində olan hər
iki pilotun ölümcül xəsarət aldığını təsdiqləyir. Mülki şəxslərə və əmlaka heç
bir ziyan dəyməyib”, – deyə məlumatda bildirilir.

İstintaq komissiyası qəzanın səbəblərini araşdırır.


Source link