Hindistanın Uttrakhand ştatında insanların malik olduqları bütün hüquqlar heyvanlara da şamil olunacaq.
ÇıxışYolu.Com “The Telegraph”a istinadla xəbər verir ki, müvafiq qərar ştatın Ali Məhkəməsi tərəfindən qəbul edilib və indi Milli Ali Məhkəmə tərəfindən ratifikasiya olunmalıdır.
Bu addım brakonyerlərin və ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlib.
Məhkəmədən bildiriblər ki, “bütün heyvanlar, o cümlədən balıqlar və quşlar hüquqi şəxs elan edilirlər”.
Qeyd edək ki, Hindistanda “hüquqi şəxs” anlayışı şirkətlərə, həddi-buluğa çatmayanlara və mental pozuntulara malik insanlara şamil olunur.