Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm
cəzasına məhkum edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hindistanın Kerala ştatında məhkəmə üç il əvvəl törədilən qətlə görə 15 nəfəri
ölüm cəzasına məhkum edib.
Qeyd olunur ki, 2021-ci ildə bir qrup şəxs qabaqcadan əlbir olaraq “BJP OBC
Morcha” partiyasının yerli şöbəsinin katibi Ranjit Srinivasanın evinə soxularaq
onu anası, həyat yoldaşı və qızının gözü qarşısında öldürüblər. Hücum edənlərin
qadağan olunmuş Hindistan Xalq Cəbhəsi qrupunun və onun siyasi qolu olan
Hindistan Sosial Demokrat Partiyasının üzvləri olduğu üzə çıxıb. Daha sonra
onların hamısı saxlanılıblar.
İttiham tərəfi onlara maksimum cəza istəyib.
Qeyd edək ki, Hindistanda ölüm cəzası ölkənin Cinayət Məcəlləsinə görə, qətl,
terrorizmlə əlaqəli cinayətlər, zorlama, adam oğurluğu, narkotik ticarəti və
casusluq üçün tətbiq edilir. Hazırda Hindistanda ölüm hökmündə olan 480-dən çox
məhbus var. Sonuncu dəfə ölüm hökmü 2020-ci ilin martında icra olunub.
Mənbə: hindustantimes.com