Hindistanda pedofillər edam ediləcək

Hindistanda pedofillər edam ediləcək

Baxış sayı: 782 dəfə baxılıb.

Hindistan hökuməti 12 yaşa qədər olan qızları qrup şəklində zorlayan cinayətkarlara qarşı edam cəzasının tətbiq edilməsi haqqında fərman imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Fərman  “Uşaqların cinsi zorakılıqdan qorunması haqqında” qanuna edilmiş düzəliş əsasında imzalanıb.  Qanun dəyişikliyində eyni zamanda qadınları və yeniyetmə qızları zorlayan şəxslərin həbs müddətlərinin uzadılması nəzərdə tutulub.

Beləcə qadınları zorlayan şəxslərə ən azı 10 il həbs cəzası veriləcək. 16-20 yaşlarında olan  gənc qızlara təcavüz edən şəxslər isə ömürlük azadlıqdan məhrum ediləcək.

.
www.ÇıxışYolu.Com