79016763-f259-492f-a76f-fabd99a356c9..jpg

Hindistanda qayıq batdı: 16 nəfər öldü – VİDEO

Baxış sayı: 674 dəfə baxılıb.

Hindistanda qayıq batdı: 16 nəfər öldü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Qucarat ştatında qayığın göldə aşması nəticəsində 14-ü məktəbli
olmaqla azı 16 nəfər həlak olub.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb.

Hadisə Vadorada şəhəri yaxınlığında baş verib. Bir qrup məktəbli Harni gölündə
piknikdə olub. Onlar qayıqla gəzintidə ikən nəqliyyat vasitəsi aşıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə zamanı qayıqda 27-si
uşaq olmaqla 34 nəfər olub.

Hadisə yerində xilasedicilər işləyir. Axşam saatlarında hadisənin təsdiqlənmiş
qurbanlarının sayı 14-ü məktəbli və ikisi müəllim olmaqla 16-ya çatıb. Ən azı
10 şagird xilas edilib.

Mənbə: TASS

Source link