Hindistanın Uttar Pradeş və Racastan ştatlarında şiddətli qum qasırğası azı 109 nəfərin həyatına son qoyub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qurbanların çoxu gecə vaxtı yuxuda olarkən evlərinin uçması nəticəsində həlak olub.
Qasırğa bölgədə güclü fəsadlara yol açıb. Yaşayış məntəqələrinin çoxu işıqsız qalıb. Evlər və fermalar dağılıb.
Hindistanda yay mövsümü ərəfəsində qum qasırğaları tez-tez baş versə də, son on il ərzində bu qədər insan itkisi qeydə alınmayıb.