Hindistanın Cammu və Kəşmir vilayətində yaraqlılar polisin mərkəzi rezerv qüvvələrinə (CRPF) hücum ediblər.
Hücum nəticəsində 5 nəfər polis qətlə yetirilib, daha 3 nəfər xəsarət alıb.
Yaraqlılar polislərə qarşı avtomatlardan və əl qumbaralarından istifadə ediblər.
Cavab atəşi ilə hücum edənlərdən biri öldürülüb.