b1c01a42-357b-44f0-b86e-ca0fa6dd65b4.jpg

Hindistanın paytaxtı dünyanın ən çirkli şəhəri oldu

Baxış sayı: 167 dəfə baxılıb.

Hindistanda Divali bayramı zamanı insanlar tərəfindən fişənglərin davamlı
olaraq yandırılması ölkədə havanın keyfiyyətinin pisləşməsinə səbəb olub,
paytaxt Nyu-Delhi şəhərinin bir çox yerlərində isə hava keyfiyyəti indeksi
“ağır” kateqoriyasına yaxınlaşıb.

Bu barədə Cixisyolu.com “İndia Today” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, paytaxtda fişənglərdən istifadəyə tam şəkildə qadağanın
qəbuluna baxmayaraq, Divali münasibətilə fişənglərin partladılmasından sonra
Nyu-Delhi noyabrın 1-i tarixinə “Dünyanın ən çirkli şəhəri” adını alıb.

Noyabrın 1-də səhər saat 6-da havanın keyfiyyəti indeksi (AQI) 359
səviyyəsində qeydə alınıb ki, bu da “çox pis” kateqoriyasına uyğun gəlir.

Qeyd edək ki, Lajpat Naqar, Kalkadji, Çxatarpur, Caunapur, Şərqi Kaylaş,
Saket, Roxini, Dvarka, Pancabi Baq, Vikaspuri, Dilşad Qarden, Burari, həmçinin
Şərqi və Qərbi Delhinin bir çox digər rayonlarında fişəng partlayışları
müşahidə edilib.

Source link