Hindistanın xarici işlər naziri xanım Suşma Svarac aprelin 4-də Azərbaycana rəsmi səfərə gələcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Suşma Svaracın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü və Qoşulmama Hərəkatının nazirlər konfransında iştirakı nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Hindistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.