Hindistanlı qadın “Ginnesin Rekordlar Kitabı”na düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hindistan sakini Smita Şrivastava dünyanın ən uzun saçına görə “Ginnesin
Rekordlar Kitabı”na düşüb.
Məlumata görə, onun saçlarının uzunluğu 255 sm-dir. 46 yaşlı xanım 14 yaşından
bəri saçını kəsdirməyib.
“Hind mədəniyyətində ilahələr uzun saçlıdırlar. Bizim cəmiyyətdə saç
kəsdirməyə yaxşı baxılmır”, – deyə qadın seçimini izah edib.
Smita həftədə iki dəfə saçlarını yuduğunu deyib. Yumaq, qurutmaq və sahmana
salmaq ümumilikdə təxminən üç saat çəkir. Bir qayda olaraq, o, saçlarını hörür
və ya toppuz yığır.
“Saçlarımı açıb küçəyə çıxanda insanlarda xoş təəssürat yaranır. Onlar yanıma
gəlir, saçlarıma toxunur, mənimlə selfi çəkdirir və hansı şampundan istifadə
etdiyimi soruşurlar”, – deyə rekordçu bildirib.
Mənbə: gazeta.ru