3dd6ef71-7f13-4b20-981e-0f9f428f4673..jpg

Hindistanlı yoqa müəllimi: “Yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”

Baxış sayı: 564 dəfə baxılıb.

Hindistanlı yoqa müəllimi: “Yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”

“Yoqa xoşbəxtlik elmidir. Yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət
mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri
ilə görüş zamanı “CEO Artistic Yoga” məktəbinin ustadı və rəhbəriNandan Qautam
deyib.

Onun sözlərinə görə, artistik yoqa 25 il öncə yaradılan yoqa üslubudur:

“Artistik yoqa üslubu mənim ustadım Bxarat Txakur tərəfindən yaradılıb.
Üslubun əsas məqsədi nəticədir. Artistik yoqada əsasən ardıcıllığa fikir
veririk. Yəni bu üslubda hərəkət ardıcıllığı önəmlidir. Bir çox insan yoqaya
ruhu rahatlatmaq və bədənini elastik hala gətirmək üçün gəlir. Güc məqamını
unudurlar”.

N.Qautama qeyd edib ki, artistik yoqa üslubu elm ilə çox bağlıdır:

“Bu çox vacib məqamdır. Biz fitnesə gedən zaman hər məşq bir əzələyə
işləyirik. Yoqada da bu məqamlara fikir vermək vacibdir. Hər dərs bir nöqtəyə
fokuslanmalıyıq. Mərhələ-mərhələ nöqtələrə işləməliyik. Hər dərs fərqli
olmalıdır. Nəticə üçün bu önəmlidir”.

“Artistik yoqanın əsas məqsədi odur ki, dərsdən çıxdıqda harmonal sistem tam
balanslı olur. Yoqada əsas məqsəd dərsdən xoşbəxt çıxmaqdır. Ruhunuz, əhvalınız
yaxşı olur. Burada öz biliklərimi paylaşacağam. Mən kitab oxumamışam. Yoqa
biliklərim təcrübəmdir. Aldığım təcrübəni də bölüşəcəyəm. Mən çox şadam ki,
Azərbaycanda bu qədər insan yoqa ilə maraqlanır. Yoqa xoşbəxtlik elmidir.
Düşünürəm ki, yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”, – deyə
N.Qautama əlavə edib.

Nəzrin Vahid

Source link