Hindsitanda pitonla təhlükəli şou – VİDEO

Hindsitanda pitonla təhlükəli şou – VİDEO

Baxış sayı: 3. 280 dəfə baxılıb.

Hindistanda piton şou zamanı ilan oynadanı boğmağa başlayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hadisənin videosu YouTube portalında yerləşdirilib.

İlan oynadan yoldan keçən insanları onun pitonla tryuklarına baxmağa çağırır. O ilanı boynuna sarıyaraq yerə oturur və torbasından nə isə çıxarmaq istəyir.

Lakin bu zaman piton onu boğmağa başlayır.

Tamaşaçılar baş verənlərin şounun bir hissəsi olmadığını dərhal başa düşməyiblər və çəkilişlərə davam etdiriblər. 

Hindistanlı pitonu əvvəl özü boynundan çıxarmağa çalışıb, lakin sonda huşunu itirərək yerə yıxılıb.

Sputnik International məlumat verir ki, bundan sonra bir neçə nəfər pitonu onun boynundan götürüb və kişini Varanasi şəhərindəki xəstəxanaya göndəriblər.

www.ÇıxışYolu.Com