e80115ae-3974-46d5-b141-7df8a6818dfb..jpg

“Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib

Baxış sayı: 701 dəfə baxılıb.

“Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim
edilib

“Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim
edilib.

Cixisyolu.com xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli
Komissiyalarının 9-cu iclasında ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev deyib.

O iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Hirkan meşələri Xəzər
dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən meşə massividir:

“Bu meşələr Pleystosen dövründə buzlaşmaya məruz qalmış və planetimizdə öz
unikallığını qoruyub saxlaya bilən nadir ekosistemlərdən biridir. Bu baxımdan
qədim relikt növlərlə zəngin olan Hirkan meşələrinin xüsusiyyətləri nəzərə
alınaraq UNESCO-nun Təbii İrs Siyahısına daxil edilməsi təklif edilib.

Bu məqsədlə hazırlanmış nominasiya sənədinə əsasən, Hirkan Milli Parkının
daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli
“Hirkan meşələri” nominasiyası hazırlanıb və 2022-ci ilin sonunda UNESCO-nun
Ümumdünya İrs Komitəsinə təqdim edilib”.

Nazir qeyd edib ki, Yer kürəsində yayılmış 2500-dən çox palçıq vulkanından
350-yə qədəri Azərbaycanın payına düşür və ölkəmiz dünya üzrə bu sahədə
özünəməxsus yer tutur:

“Bu səbəbdən TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının 8-ci
iclasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq, Azərbaycan ərazisində
geoparkların yaradılması və UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması
istiqamətində işlərə başlanılıb.

İnanırıq ki, palçıq vulkanları əsaslı geoparkın yaradılması ölkədə geoturizmin
inkişafına və Azərbaycanın palçıq vulkanlarının ən çox yayıldığı ölkə kimi
tanınmasına təkan verəcək”.

Source link