Hitlerin evində polis bölməsi yerləşdiriləcək

Baxış sayı: 1. 817 dəfə baxılıb.

Hitlerin evində polis bölməsi yerləşdiriləcək

Adolf Hitlerin doğulduğu evdə polis bölməsi yerləşdiriləcək.

TASS xəbər verir ki, Avstriya hökuməti bu barədə qərar qəbul edib.

Braunau-am-İnn şəhərind yerləşən evin sahibinə hökumət 812 min avro (1,52 milyon manat) təzminat ödəyəcək.

Avstriyanın daxili işlər naziri Volfqanq Peşorinin sözlərinə görə, evin polis tərəfindən işlədilməsi onun nasional-sosializmlə əlaqəsini unutmağa xidmət edəcək.