ABŞ-ın Merilend ştatında faşist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ilin 24 aprelində yazdığı ölümqabağı teleqram hərraca çıxarılıb. Bu barədə lenta.ru məlumat yayıb.
Hitler bu teleqramını general-feldmarşal Ferdinand Şernerə ölümündən altı gün əvvəl göndərib. Nasist Almaniyasının başçısı teleqramda Berlində qalıb xalqa nümunə olmaq istədiyini bildirib:
“Mən Almaniya uğrunda həlledici döyüşlərdə iştirak etmək və qalanlara nümunə olmaq üçün Berlində qalacam. İnanıram ki, bununla Almaniyaya ən böyük xidmətimi göstərəcəm”
Feldmarşal cavab məktubunda Hitlerdən mühasirəyə alınmış şəhəri tərk etməyi xahiş edib.
Tarixi sənədin 60-80 min dollara satılacağı güman olunur.