Faşist Almaniyası rəhbərliyini Cənubi Amerikaya çatdırdığı iddia olunan “U-3523” sualtı qayığı, 73 il sonra Danimarka sahilləri yaxınlığında dənizin dibində aşkarlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Daily Star” məlumat yayıb.
Nəşrin məlumatına görə, sualtı qayıq Skaqen şəhərində on dəniz mili şimalda tapılıb. Dəniz dibinin müayinəsi sualtı qayığın 123 metr dərinlikdə, dalğıclar üçün əlverişsiz mövqedə yerləşdiyini göstərib. Qeyd olunur ki, qəza anında sualtı qayığın göyərtəsində 58 ekipaj üzvü olub.
Bundan əvvəl tədqiqatçılar, submarinin Britaniyanın “B-24 Liberator” bombardmançısının 6 may 1945-ci ildə endirdiyi zərbədən sonra batdığını ehtimal edirdi.
Ancaq qayıqdan heç bir əsər-əlamətin olmaması müxtəlif şayələrin yayılmasına yol açmışdı.
Ən populyar versiyalardan birinə görə qayığın göyərtəsində Adolf Hitler daxil olmaqla, aparıcı nasist məmurlar yer alıb və onlar sağ-salamat Cənubi Amerikaya çatıb.
Bu şayiələrin yayılmasına eyni zamanda ABŞ kəşfiyyatının əldə etdiyi bəzi şahid ifadələri təkan verib. Belə ki, bəzi mənbələr ikinci dünya müharibəsindən sonra Hitleri Kolumbiya və Argentinada sağ-salamat gördüklərini əmin edib.
Habelə Danimarkanın Dəniz müharibəsi muzeyi “U-3523” sualtı qayığının nasist rəhbərliyini və ya qiymətli əşyaları, o cümlədən qızıl külçələri daşıması haqqında heç bir sübutun olmadığını bildirir.