1026fda8-d5ea-4170-a23f-7676e588e49f.webp

“Hizbullah” hərəkatı İsrailin daha iki siyasətçisinə sui-qəsd cəhdi edib

Baxış sayı: 38 dəfə baxılıb.

Livanın “Hizbullah” hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahunun evinə
hücumdan

sonra daha iki israilli siyasətçiyə sui-qəsd cəhdi edib.

Cixisyolu.com-ın məlumatına görə, “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən
belə bir iddia irəli sürüb.

Hansı siyasətçilərdən söhbət getdiyi dəqiqləşdirilməyib. Lakin bildirilib ki,
bununla əlaqədar İsrail tərəfi “Hizbullah”a mesaj göndərib və İsrail
rəsmilərinə hücumlar davam edərsə, Beyrutun cənub ətrafı və bu təşkilatın Livan
paytaxtındakı əsas dayağı olan Dahiyə rayonunu tamamilə məhv edəcəyi ilə
hədələyib.

Kanal müsahiblərinin məlumatına görə, “Hizbullah”da mesajı alıblar, lakin
hələlik bu barədə hər hansı qərar qəbul etməyiblər.

Source link