“Hizbullah” İsrail ordusunun mövqelərini atəşə tutduğunu etiraf edib
İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin
mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
“Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq… bir qrup döyüşçümüz bu
səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç
mövqeyinə hücum edib” – bəyanatda deyilir.
Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını
“birbaşa vura” biliblər.