“Hizbullah” İsraili bombalamaqla hədələdi

“Hizbullah” İsraili bombalamaqla hədələdi

Baxış sayı: 2. 740 dəfə baxılıb.

Təl-Əviv “qırmızı xətti” keçsə,  “Hizbullah” İsrailin yaşayış məntəqələrinə raket zərbələri endirməyə hazırdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah “Əl-Manar” telekanalının canlı efirində bildirib.

“Təcavüzkar İsrail qırmızı xətti keçsə, cavab zərbəsini Fələstinin işğal olunmuş ərazilərində ala bilər, Holan yüksəkliklərində yox”, – deyə Nəsrullah bildirib.

“Hizbullah” lideri bildirib ki, Holan yüksəkliklərində İsrail mövqelərinə buraxılan raketlər rəsmi Təl-Əvivə bir ismarıc olub. Onun sözlərinə görə, iran-yönümlü qüvvələr İsrailin Suriya təcavüzünə layiqli cavab verməyə hazır olduğunu nümayiş etdirib.

“Bu ismarıc onu bildirir ki, artıq Suriyanın bombalanması və günahsız insanların öldürülməsi cəzasız qalmayacaq. Layiqli cavabın raketlə həyata keçirilməsi mütləq deyil, başqa vasitələrdən də istifadə oluna bilər.”, -deyə Nəsrullah vurğulayıb.

.
www.ÇıxışYolu.Com